Sarkisyanın cinayət işi məhkəməyə göndərilib

 Sarkisyanın cinayət işi məhkəməyə göndərilib
  29 Yanvar 2020    Oxunub:2272
Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın cinayət işi məhkəməyə göndərilib.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistanın Baş Prokurorluğunun mətbuat katibi Aravik Xaçatryan deyib.

“Baş Prokurorluq ittiham aktını təsdiqləyib və cinayət işi ilə birlikdə İrəvanın ümumi yurisdiksiya məhkəməsinə göndərilib”, - deyə Xaçatryan bildirib.

Qeyd edək ki, sabiq prezident Serj Sarkisyan 1 milyon dollardan çox dövlət vəsaitini mənimsəməkdə ittiham olunur.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Sarkisyan  





Xəbər lenti