Avropadan Azərbaycana könüllü qayıdan şəxslərə avtomobil verilib - FOTO

Avropadan Azərbaycana könüllü qayıdan şəxslərə avtomobil verilib -  FOTO
  29 Yanvar 2020    Oxunub:4845
BMqT-nin Azərbaycandakı nümayəndəliyi Könüllü Qayıdışa Yardım və Reinteqrasiya layihələri çərçivəsində Niderland Krallığından könüllü mənşə ölkəsinə qayıtmış şəxsləri reinteqrasiya yardımı ilə təmin edib.
BMqT-nin Azərbaycandakı nümayəndəliyindən Azvision.az -a verilən məlumata görə, layihə çərçivəsində könüllü qayıtmış şəxslər BMqT-nin dəstəyi ilə gəlir gətirən fəaliyyət növü kimi taksi xidmətinin göstərilməsi məqsədi ilə müvafiq avtomobilləri satın alıblar.

BMqT-nin Azərbaycandakı nümayəndəliyi hazırda İsveçrə, Belçika, Almaniya, Macarıstan, İtaliya, Hollandiya, Türkiyə və Latviyadan könüllü qayıtmış şəxslərə müvafiq reinteqrasiya yardımları göstərir.

Ayrılmış reinteqrasiya yardımı kiçik biznesin qurulması, mövcud biznesə sərmayə qoyulması, təhsilin artırılması, habelə müvəqqəti mənzil təminatı üçün istifadə edilə bilər.







Azvision.az



Teqlər: Azərbaycan   Vətəndaş  





Xəbər lenti