İranın zərbələri nəticəsində ABŞ-ın 50 hərbçisi xəsarət alıb

 İranın zərbələri nəticəsində ABŞ-ın 50 hərbçisi xəsarət alıb
  29 Yanvar 2020    Oxunub:2206
İraqdakı ABŞ hərbi bazasına İran tərəfindən raket zərbələrinin endirilməsi nəticəsində xəsarət alan amerikalı hərbçilərin sayı 50-yə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə Pentaqon sözçüsü Tomas Kempbell bildirib.

Onun sözlərinə görə, daha 16 hərbi qulluqçuya baş-beyin xəsarətləri diaqnozu qoyulub. Bu günə qədər xəsarət alan ABŞ hərbçilərinin sayı ümumilikdə 50 nəfərdir.

ABŞ rəsmisi, həmçinin qeyd edib ki, yaralanan 50 nəfərdən 31-i İraqda tibbi yardım alıb və hazırda xidmətlərini davam etdirirlər. 18 nəfər isə müalicə üçün Almaniyaya aparılıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ABŞ   İran   İraq  





Xəbər lenti