Hərbi Akademiyada seminar keçirilib

Hərbi Akademiyada seminar keçirilib
  29 Yanvar 2020    Oxunub:2030
Azərbaycan və Litva Müdafiə nazirlikləri arasında 2020-ci il üçün ikitərəfli əməkdaşlıq planına əsasən Silahlı Qüvvələrin Hərbi Akademiyasında seminar keçirilib.
Müdafiə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, STANAG testlərinin tərtib edilməsi üzrə təcrübə mübadiləsinə və hazırlanan testlərin qarşılıqlı sınaqdan keçirilməsinə dair seminarda test materiallarının hazırlanmasının metodologiyası və nəticələrin uzlaşdırılması mövzuları, həmçinin xarici dil mərkəzləri ilə ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub.

Azvision.az


Teqlər: MN  





Xəbər lenti