Koronavirusa qarşı peyvənd hazırlanıb

 Koronavirusa qarşı peyvənd hazırlanıb
  29 Yanvar 2020    Oxunub:4676
Honq Konqda tədqiqat qrupu koronavirusa qarşı peyvənd hazırlayıb.
Azvision.az xəbər verir ki, bu barədə “South China Morning Post” nəşri Honq Konq Universitetinin mikrobioloquna istinadən məlumat yayıb.

"Biz artıq peyvənd yaratmışıq, ancaq dərmanı heyvanlarda sınamaq üçün çox vaxt lazım olacaq" - professor Yuen Kvok-Yunq deyib.

Onun sözlərinə görə, heyvanların üzərində sınaq bir neçə ay, insan üzərində kliniki sınaqlar isə azı bir il çəkə bilər. Yeni peyvəndin qrip və pnevmoniyaya səbəb olan koronavirusun qarşısını ala biləcəyi ehtimal edilir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Koronavirus  





Xəbər lenti