Qarabağda erməni əsgər özünü güllələyib

Qarabağda erməni əsgər özünü güllələyib
  29 Yanvar 2020    Oxunub:2927
Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində Ermənistan ordusunun əsgəri özünü güllələyib.
Azvision.az xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovhannisyan faktı təsdiqləyib. Bildirilib ki, hadisə yanvarın 28-də baş verib. Hazırda araşdırma aparılır. Əlavə məlumat verilməyib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Qarabağ   Əsgər   Erməni   Düşmən  





Xəbər lenti