Çində koronavirusdan ölənlərin sayı 132-yə çatıb

 Çində koronavirusdan ölənlərin sayı 132-yə çatıb
  29 Yanvar 2020    Oxunub:3139
Çində yeni növ koronavirusa (2019-nCoV) yoluxanların sayı 5974 nəfərə çatıb, 132 nəfər isə epidemiya nəticəsində ölüb.
Azvision.az xəbər verir ki, bu barədə Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb. Bildirilib ki, virusa yoluxanlardan 1239 nəfərin vəziyyəti ağırdır.

Bundan əlavə, 9,2 min insanda koronavirus əlamətləri müşahidə edilir, lakin diaqnoz təsdiqlənməyib. Karantində təxminən 60 min nəfər var. Virusa yoluxanların yarıdan çoxu (3,5 min yoluxan və 125 nəfər ölən) Hubey əyalətində qeydə alınıb.

Azvision.az



Teqlər: Çin   Koronavirus  





Xəbər lenti