FHN Qarabağ kanalında batan şəxsi axtarır

FHN Qarabağ kanalında batan şəxsi axtarır
  28 Yanvar 2020    Oxunub:2663
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Qarabağ kanalının Yevlax rayonu, Kolanı kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

Azvision.az



Teqlər: FHN  





Xəbər lenti