Xoşbəxt Yusifzadəyə BANM-in Fəxri professoru diplomu təqdim olunub

  28 Yanvar 2020    Oxunub : 1819
Xoşbəxt Yusifzadəyə BANM-in Fəxri professoru diplomu təqdim olunub
Bakı Ali Neft Məktəbində Azərbaycanın neft-qaz sənayesinin canlı əfsanəsi, bu sahənin inkişafına böyük töhfələr vermiş SOCAR-ın Birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin 90 illik yubileyi geniş qeyd olunub.
Azvision.az xəbər verir ki, Xoşbəxt Yusifzadənin bu gün də yorulmadan çalışdığını, elm və istehsalat sahəsində öz səmərəli fəaliyyətini uğurla davam etdirdiyini qeyd edən rektor Elmar Qasımov daha sonra Bakı Ali Neft Məktəbinin Elmi Şurasının qərarı ilə Xoşbəxt Yusifzadəyə “Bakı Ali Neft Məktəbinin Fəxri professoru” diplomunu təqdim edib.

X.Yusifzadə “Azərbaycanda neft-qaz sənayesinin inkişafına, elm və təhsilin tərəqqisinə verdiyi töhfələrə görə” Fəxri professor diplomuna layiq görülüb.

Bakı Ali Neft Məktəbinin Proseslərin avtomatlaşdırılması ixtisasının 4-cü kurs tələbələsi Nərgiz Hüseynova Xoşbəxt Yusifzadəyə həsr olunmuş şeir söyləyib.

Çıxışlardan sonra akademik Xoşbəxt Yusifzadənin fəaliyyəti haqqında film nümayiş olunub.

Rektor Elmar Qasımov Xoşbəxt Yusifzadəyə onun tanınmış rəssam Tahir Əfəndiyev tərəfindən kətan üzərində yağlı boya ilə çəkilmiş portretini hədiyyə edib.

Azvision.az

Teqlər: XoşbəxtYusifzadə   BANM