Şirvanlı namizədin seçicilərlə izdihamlı görüşü baş tutub

Şirvanlı namizədin seçicilərlə izdihamlı görüşü baş tutub
  28 Yanvar 2020    Oxunub:4390
46 saylı Şirvan Seçki Dairəsindən namizəd Zabit Əlizamin oğlu Gülüş könüllülərlə birlikdə əvvəlcə ulu öndər Heydər Əliyevin Şirvan şəhərindəki heykəlini ziyarət edib, önünə əklil qoyub.
Sonra namizəd təbliğat və təşviqat kampaniyası çərçivəsində “Şirvan şəhər Mədəniyyət evi”ndə seçicilərlə görüşüb. O zala dahi Üzeyir Hacıbəylinin “Koroğlu” uvertürasının sədaları altında və könüllülərin müşaəti ilə daxil olub. Azərbaycan Respublikasının Dövlət Himni səslənib, şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.



Daha sonra görüşdə iştirak edən ziyalılar, Sovet İttifaqı Qəhrəmanı Şirin Şükürovun oğlu Ağazər Şükürov, Əlifaiz Əliyev, Nəbi Quliyev, daha əvvəl namizdəliyini irəli sürən sonradan geri götürən şəhər sakini Həsən Həsənov və digərləri söz alaraq çıxış ediblər.

Deputatlığa namizəd Zabit Gülüş isə öz çıxışında ölkə rəhbərliyinin həyata keçirtdiyi böyük islahatlardan, aparılan yenidən qurma işlərindən və xüsusilə son zamanlar gənc kadrlara göstərilən etimaddan danışıb. Həmçinin Şirvanda böyüyüb boya-başa çatan biri kimi şəhər üçün aktual məsələlər və əhalinin qayğılarının ona tanış olduğunu bildirib. Öz seçki platformasında nəzərdə tutulan layihələrdən də söz açan namizəd eyni zamanda mədəniyyət evinə toplaşan sakinlərlə səmimi söhbət qurub.



İzdihamla keçən görüşdə vətəndaşlar müxtəlif suallar və arzularını da səsləndiriblər.







Teqlər: Seçki-2020  





Xəbər lenti