Ötən il 1376 kilometr yol təmir edilib

Ötən il 1376 kilometr yol təmir edilib
  28 Yanvar 2020    Oxunub:1805
Ötən il Azərbaycanda 1376 kilometr yol təmir olunub.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Azvision.az -a verilən məlumata görə, bu barədə agentliyin idarə heyətinin sədri Saleh Məmmədov 2019-cu ilin yekunlarına və 2020-ci il qarşıda duran vəzifələrin icrasına həsr olunan kollegiya iclasında deyib.

S.Məmmədov bildirib ki, 2019-cu il üçün tərtib edilmiş “Tədbirlər Planı”na uyğun olaraq 1376,6 kilometr uzunluğunda yolalrı əhatə edən 56 layihə başa çatıb. Buraya 7 respublika əhəmiyyətli, 39 kəndlərarası, 10 Bakı şəhərinin qəsəbələrarası avtomobil yolu layihəsi, 14 yeni körpünün və 7 piyada keçidinin tikintisi işləri daxildir.

Bundan əlavə “Avtomobil Yolları” Məqsədli Büdcə Fondu vəsaiti hesabına uzunluğu 43,8 kilometr olan 3 respublika əhəmiyyətli, uzunluğu 79,3 kilometr olan 13 kəndlərarası avtomobil yolu layihəsi, habelə uzunluğu 197,6 kilometr olan Bakı şəhər yollarının tikintisi, yenidən qurulması və təmiri işləri yerinə yetirilib.

Azvision.az


Teqlər: Yol   Təmir  





Xəbər lenti