“Exit-poll” keçirmək üçün qeydiyyat sabah başa çatır

“Exit-poll” keçirmək üçün qeydiyyat sabah başa çatır
  28 Yanvar 2020    Oxunub:2712
Milli Məclisə seçkilərlə əlaqədar “exit-poll” keçirmək üçün müraciət etmiş təşkilatların akkreditasiyasına ayrılan müddət sabah başa çatır.
“Azərbaycan Respublikasında seçkilərdə “exit-poll” keçirən təşkilatların akkreditasiyası Qaydaları”nın 2.3-cü bəndinə əsasən, “exit-poll” keçirmək üçün müraciət etmiş təşkilatların akkreditasiyası barədə qərar səsvermə gününə ən azı 10 gün qalanadək qəbul edilməlidir.

Milli Məclisə fevralın 9-da keçiriləcək seçkilərlə əlaqədar bu müddət yanvarın 30-dək olan dövrü əhatə edir.

Qeyd edək ki, Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar “exit-poll” keçirmək niyyətində olan təşkilatların akkreditasiya üçün təqdim etdikləri sənədlərin qəbulu prosesi yanvarın 20-də başa çatıb.

Azvision.az


Teqlər: Milli-Məclis   Seçki   Exit-pol  





Xəbər lenti