Hər gün “ASAN xidmət”də 3718 şəxsiyyət vəsiqəsi verilir

  28 Yanvar 2020    Oxunub : 1259
 Hər gün “ASAN xidmət”də 3718 şəxsiyyət vəsiqəsi verilir
Ötən il "ASAN xidmət" mərkəzlərinə şəxsiyyət vəsiqələri ilə bağlı 2 165 355 müraciət daxil olub.
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev "ASAN xidmət"in 2019-cu ildəki fəaliyyətinə və cari ildəki planlara dair mətbuat konfransında deyib.

Agentlik sədri bildirib ki, hər gün “ASAN xidmət”də 3718 şəxsiyyət vəsiqəsi verilir. Ötən illə müqayisədə şəxsiyyət vəsiqələrinin verilməsində 50 faiz artım qeydə alınıb.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: ASAN   ÜlviMehdiyev