Ana 8 aylıq qızını 5 min dollara satmaq istədi

Ana 8 aylıq qızını 5 min dollara satmaq istədi
  28 Yanvar 2020    Oxunub:2183
Özbəkistanın Əndican şəhərində səkkiz aylıq uşağını 5 min dollara satmaq istəyən qadın saxlanılıb.
Azvision.az xəbər verir ki, bu barədə Özbəkistanın Baş prokurorluğu məlumat yayıb.

20 yaşlı qadın 5 min ABŞ dollarına qızını satarkən və doğum şəhadətnaməsini təhvil verərkən tutulub. Onun barəsində cinayət işi açılıb. Qadını 8 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Qız   Uşaq   Körpə  





Xəbər lenti