AKP sözçüsündən Twitter xəbərdarlığı

AKP sözçüsündən Twitter xəbərdarlığı
  23 Dekabr 2013    Oxunub:650
Hüseyn Çelik sosial şəbəkə saytı “Twitter”də onun adı və fotosu olan bəzi profillərlə heç bir əlaqəsinin olmadığını deyib.
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü, baş nazirin müavini Hüseyn Çelik ölkə ictimaiyyətinə müraciət edərək sosial şəbəkələrdəki saxta profillərdə yazılan mesajlara qarşı xəbərdarlıq edib.

AKP-nin Qaziantepdən millət vəkili olan Çelik sosial şəbəkə saytı “Twitter”də onun adı və fotosu olan bəzi profillərlə heç bir əlaqəsinin olmadığını deyib.

“Twitter”də özünə aid “hc_huseyincelik” hesabında mesaj yazan H. Çelik, sadəcə bu profilin şəxsi səhifəsi olduğunu bildirib.


Teqlər:





Xəbər lenti