Türkiyədə yenidən zəlzələ oldu

Türkiyədə yenidən zəlzələ oldu
  28 Yanvar 2020    Oxunub:2760
Türkiyənin Elazığ vilayətində 4,2 bal gücündə zəlzələ baş verib.
Azvision.az xəbər verir ki, yeraltı təkanlar Sivrice rayonunda qeydə alınıb. Zəlzələnin ocağı 12 kilometrə yaxın dərinlikdə yerləşib.

Hələlik dağıntılar və zərərçəkənlərin olub-olmaması barədə məlumat verilməyib.

Xatırladaq ki, yanvarın 24-də Elazığ vilayətinin Sivrice rayonunda 6.8 bal gücündə zəlzələ olub. Təbii fəlakət nəticəsində azı 40 nəfər ölüb, yüzlərlə insan yaralanıb.

Azvision.az


Teqlər: Türkiyə   Zəlzələ  





Xəbər lenti