MSK-nın növbəti iclası keçirilib

MSK-nın növbəti iclası keçirilib
  27 Yanvar 2020    Oxunub:2606
Yanvarın 27-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.
MSK Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən Azvision.az -a verilən məlumata görə, əvvəlcə komissiyanın 17 yanvar 2020-ci il tarixli iclasının protokolu təsdiq olunub.

Sonra 2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ("AJF&Associates İnc.” təşkilatı (Amerika Birləşmiş Ştatları) ilə birgə) tərəfindən “exit-poll” keçirilməsi niyyəti ilə MSK-ya ünvanlanan müraciətə baxılıb. Komissiya qanunvericiliklə nəzərdə tutulan müddətdə və qaydada müvafiq araşdırma aparılaraq iclasa çıxarılan müraciəti müzakirə etdikdən sonra sözügedən təşkilatın qarşıdan gələn Milli Məclisə seçkilərdə "exit-poll” keçirmək üçün qeydə alınması barədə qərar qəbul edib.

Daha sonra Milli Məclisə seçkilərlə əlaqədar seçki hüququnun mübahisələndirilməsi iddiası ilə daxil olan müraciətə baxılıb və aparılan geniş müzakirələr nəticəsində müraciətlə bağlı əsaslandırılmış qərar qəbul olunub.

Milli Məclisə seçkilərin izlənməsinə qatılan beynəlxalq müşahidəçilərin və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdikləri iclasda, həmçinin 35 saylı Xətai üçüncü seçki dairəsi dairə seçki komissiyasının tərkibində dəyişiklik edilib və cari məsələlərə baxılıb.

Azvision.az



Teqlər: MSK   Seçki  





Xəbər lenti