Əfqanıstanda qəzaya uğrayan təyyarə ABŞ-ın ola bilər

Əfqanıstanda qəzaya uğrayan təyyarə ABŞ-ın ola bilər
  27 Yanvar 2020    Oxunub:2857
Bu gün Əfqanıstanda qəzaya uğrayan təyyarə ABŞ hərbi hava qüvvələrinə məxsus ola bilər.
Azvision.az xəbər verir ki, bu barədə TOLOnews telekanalı məlumat yayıb.

Bildirilb ki, təyyarənin mühərrikindəki tanınma nişanları onun ABŞ hərbi hava qüvvələrinə aid olduğunu göstərir. Telekanalın yaydığı kadrlarda "Bombardier E-11" təyyarəsinin bir hissəsinin yandığı görünür.

Qeyd edək ki, həmin videonun Qəzni əyalətindəki qəzaya aid olması rəsmən təsdiqlənməyib.

Azvision.az



Teqlər: Əfqanıstan   Təyyarə   Qəza  





Xəbər lenti