İsmayıllıdakı qəzaya görə avtobus sürücüsü saxlanılıb

  27 Yanvar 2020    Oxunub : 1796
 İsmayıllıdakı qəzaya görə avtobus sürücüsü saxlanılıb
Yanvarın 26-da saat 10 radələrində Ağsu rayonunun Nüydü kəndi ərazisində Şəki rayon sakini İlham Quliyevin idarə etdiyi “VAZ-2106” və Gürcüstan vətəndaşı R.Ramazanovun idarə etdiyi “Mercedes” markalı avtobus toqquşduqdan sonra sonuncu avtomobil aşıb.
Daxili İşlər Nazirliyindən (DİN) Azvision.az -a verilən məlumata görə, nəticədə İ.Quliyev və sərnişinlərindən arvadı İlahə hadisə yerində ölüb, azyaşlı qızı Aysu və oğlu, habelə R.Ramazanovun 3 sərnişini xəstəxanaya yerləşdirilib, Aysu orada ölüb.

Avtobusun sürücüsü şübhəli şəxs qismində saxlanılıb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Azvision.az

Teqlər: DİN