Hamilə qadınlara viza verilməyəcək

Hamilə qadınlara viza verilməyəcək
  27 Yanvar 2020    Oxunub:2154
Tramp Administrasiyası yeni viza qaydaları ilə “doğuş turizmi”ni hədəfə alıb.
Azvision.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin yeni qərarına əsasən, öz övladlarını Amerikada dünyaya gətirməyi planlaşdıran və bununla vətəndaşlıq əldə etmək istəyən hamilə qadınlara viza verilməsi qadağan edilib. Bu barədə məlumat departamentin rəsmi "Federal Qeydiyyat" səhifəsində yer alıb.

Dövlət Departamenti bəyan edib ki, ABŞ-da “uşaq doğub vətəndaşlıq almaq məqsədi güdənlər qanundan kənar hərəkət edir”. Bununla yanaşı, “doğuş turizmi” ölkənin milli təhlükəsizliyinə maneə yaradır.

Qeyd edək ki, Birləşmiş Ştatlarda doğulan körpələrə vətəndaşlıq verilir. Departament tərəfindən verilən açıqlamaya görə, bu məqsədlə hər il minlərlə uşaq dünyaya gəlir.

Pərvanə Yahyazadə
Azvision.az



Teqlər: ABŞ  





Xəbər lenti