Brayantın öldüyü helikopterin pilotu erməni imiş

Brayantın öldüyü helikopterin pilotu erməni imiş
  27 Yanvar 2020    Oxunub:4539
Əfsanəvi basketbolçu 41 yaşlı Kobe Brayantın qəzaya uğradığı xüsusi helikopteri erməni əsilli pilot idarə edib.
Azvision.az xəbər verir ki, bu barədə Amerika mətbuatı yazıb. Məlumata görə, 50 yaşlı pilot Ara Zobayan Brayantın ailəsi ilə yaxın olub.

Hadisə zamanı helikopterin göyərtəsində üçü uşaqla 9 nəfər olub. Həlak olanların siyahısında Kobe Brayant və qızı Cianna Brayant, basketbol məşqçisi Con Altobelli, həyat yoldaşı Kerri və qızı Alisa, digər basketbol məşqçisi Kristina Mauzer, Sara Çester, qızı Payton və pilot Ara Zobayanın adları açıqlanıb.

Helikopter basketbol oyununun keçiriləcəyi Kaliforniyanın Tauzand- Oks şəhərindəki “Mamba” İdman Akademiyasına doğru uçurmuş. Qəzaya qatı dumanın səbəb olduğu bildirilir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Helikopter   Qəza  





Xəbər lenti