Göyərtəsində 83 nəfərin olduğu təyyarə qəzaya uğradı

Göyərtəsində 83 nəfərin olduğu təyyarə qəzaya uğradı
  27 Yanvar 2020    Oxunub:3371
Əfqanıstanın "Ariana Afghan Airlines" şirkətinə məxsus təyyarə qəzaya uğrayıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə ölkənin şərqindəki Qəzni əyalətində qeydə alınıb.

Qəzni valisinin nümayəndəsi Arif Nuri bildirib ki, təyyarə Deh Yak bölgəsində qəzaya düşüb. Təyyarədə 83 nəfər olub. Hadisənin təfərrüatları dəqiqləşdirilir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Əfqanıstan   Təyyarə   Qəza  





Xəbər lenti