“Məktəbli formalarının qiyməti dövlət tərəfindən tənzimlənmir” - RƏSMİ

  27 Yanvar 2020    Oxunub : 1585
 “Məktəbli formalarının qiyməti dövlət tərəfindən tənzimlənmir” - RƏSMİ
"Yeni məktəbli formalarının qiyməti dövlət tərəfindən tənzimlənmir. Tövsiyyə edilir ki, məktəbli formalarının qiyməti yüksək olmasın"
Azvision.az xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov 2019-cu ilin yekunlarına və 2020-ci ilin hədəflərinə həsr edilmiş mətbuat konfransında çıxışı zamanı deyib.

Nazir bildirib ki, istehsalçılar qiymətlərin aşağı olmasında maraqlıdır: "Qiymət münasib olarsa, formalar da satılar. Məktəbli formalarının qiymətləri Təhsil Nazirliyi tərəfindən tənzimlənmir. Qanunvericiliyə əsasən məktəbli forması və yaxud məktəblilərlə bağlı hər hansı ləvazimatların qiymətlərinin dövlət tərəfindən tənzimlənməsi nəzərdə tutulmayıb. Onlar tələb-təklif əsasında təyin edilir".

Nazir, həmçinin qeyd dib ki, qiymətlərlə bağlı hər hansı rəqəmin səsləndirilməsi nazirliyin səlahiyyətləri xaricindədir: "Amma qiymətlər keyfiyyət və formadan asılı olaraq, istehsalçılardan asılıdır".

Aytən Zəhra
Azvision.az

Teqlər: Məktəb   Forma   Nazir   Qiymət