Korrupsiya faktına görə 6 vəzifəli şəxs işdən çıxarılıb

  27 Yanvar 2020    Oxunub : 1667
Korrupsiya faktına görə 6 vəzifəli şəxs işdən çıxarılıb
2019-cu ildə korrupsiya faktlarına görə 6 rayonun təhsil şöbəsinin rəhbərinin müqavilələrinə xitam verilib.
Azvision.az xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov 2019-cu ilin yekunlarına dair mətbuat konfransında deyib. Onun sözlərinə görə, bu istiqamətdə vətəndaş müraciətlərinə ciddi reaksiya verilir. Belə ki, nəzarət tədbirləri nəticəsində 2019-cu ildə bir sıra hallarda korrupsiya faktlarının, bu sahədə boşluqların olması öz təsdiqini tapıb.

"Görülən işlər nəticəsində 10 rayon təhsil şöbəsinin əməkdaşına, 3 ərazi maliyyə-hesablaşma mərkəzinin rəhbərinə qarşı inzibati tədbirlər görülüb. Bir sıra təhsil müəssisələrində ciddi faktların olması nəticəsində 7 halda materiallar hüquq- mühafizə orqanlarına təqdim edilib".

C.Bayramov qeyd edib ki, ötən il 10 məktəb rəhbəri, direktor və direktor müavinlərinin müqavilələrinə xitam verilib və işdən kənarlaşdırılıblar.

"Müqavilələrinin müddəti sona çatan 80 nəfər məktəb rəhbəri davamlı olaraq aşağı nəticələr göstərdiyi və məktəbi idarəetmədə bir sıra pozuntulara yol verdikləri üçün müqavilələrinin uzadılmaması barədə qərar qəbul edilib. Əfsuslar olsun ki, bu istiqamətdə hələ də pozuntular olan hallarla rastlaşırıq. 2020-ci ildə bu cür hallar olacaqsa, Təhsil Nazirliyi tərəfindən sərt formada ciddi reaksiya veriləcək".

Aytən Zəhra
Azvision.az

Teqlər: Təhsil-Nazirliyi   Məktəb   Direktor