Türkiyədən təxliyə olunan tələbələrin aqibəti necə olacaq?

  27 Yanvar 2020    Oxunub : 2712
Türkiyədən təxliyə olunan tələbələrin aqibəti necə olacaq?
Türkiyədə zəlzələ bölgəsində təhsil alan azərbaycanlı tələbələrlə bağlı məsələ dövlət başçısının xüsusi nəzarətindədir.

Azvision.az xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov deyib. Nazir bildirib ki, ötən gün 102 azərbaycanlı tələbə Türkiyədən avtobuslarla Naxçıvana, oradan isə təyyarə ilə Bakıya gətirilib:
Geri qaytarılan tələbələrin sonrakı aqibətinə gəlincə, nazir hazırda onların tətil müddətində olduğunu söyləyib.

"Sonrakı mərhələ ilə bağlı orada vəziyyət necə olacaq, hansısa fasilə veriləcəkmi və s. müəyyən vaxtdan sonra buna dəqiq cavab veriləcək. Eyni zamanda, yenə də universitetlər tərəfindən təqdim olunan imkanlar, orada olan şərait, tələblərin istəyi və seçimi ilə bağlı bir sıra məqamlar nəzərə alınmaqla növbəti addımlar atılacaq".

Aytən Zəhra
Azvision.az

Teqlər: Türkiyə   Tələbə   Ceyhun-Bayramov