Türkiyədən təxliyə edilən tələbələr artıq Bakıdadır - Yenilənib

Türkiyədən təxliyə edilən tələbələr artıq Bakıdadır -  Yenilənib
  26 Yanvar 2020    Oxunub:5418
Türkiyədəki zəlzələ zonasından təxliyə edilən Azərbaycan vətəndaşları Bakıya gətirilib.

Azvision.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov məlumat verib. O bildirib ki, Azərbaycan vətəndaşlarını gətirən təyyarə artıq Bakı Hava Limanında yerə enib.
Qeyd edək ki, təyyarə ilə 102 tələbə Bakıya gətirilib.

***
(15:48)

Türkiyədə zəlzələ zonasından Naxçıvana təxliyə edilən azərbaycanlı tələbələr təyyarə ilə Bakıya yola salınıb.

Azvision.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov məlumat verib. Onun sözlərinə görə, təyyarə ilə ümumilikdə 102 tələbə Bakıya gətirilir.

Azvision.az



Teqlər: Nazirlər-Kabineti   Təyyarə   Naxçıvan  





Xəbər lenti