Azərbaycanlıların zəlzələ zonasından təxliyəsi başa çatdı - Yenilənib

  26 Yanvar 2020    Oxunub : 2411
 Azərbaycanlıların zəlzələ zonasından təxliyəsi başa çatdı - Yenilənib
Azərbaycan vətəndaşlarının Türkiyədəki zəlzələ zonasından təxliyəsi başa çatıb.

Azvision.az xəbər verir ki, azərbaycanlıları gətirən avtobusların hər üçü Naxçıvana çatıb. Təxliyyə olunan vətəndaşlarımız Naxçıvandan xüsusi təyyarə ilə Bakıya yola salınacaqlar.
***
(13:33)

Azərbaycan vətəndaşlarının Türkiyədəki zəlzələ zonasından təxliyəsi son mərhələdədir.

Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri Ibrahim Məmmədov Azvision.az-a bildirib ki, vətəndaşlarımızı Türkiyədən gətirən birinci və ikinci avtobuslar artıq Naxçıvan Muxtar Respublikasının hava limanına çatıb.

"84 nəfər vətəndaş burada istirahət edir, üçüncü avtobusu gözləyir. Üçüncü avtobus Sədərək gömrüyündən keçir. Orada 16 sərnişin var. Təxminən 1 saata onlar da Naxçıvan hava limanında olacaq. Bundan sonra Prezident İlham Əliyevin tapşırığı ilə Naxçıvana gələn xüsusi təyyarə reysi ilə vətəndaşlarımız Bakıya uçacaqlar".

Azvision.az

Teqlər: Nazirlər-Kabineti