Həftənin ilk gününə gözlənilən hava proqnozu
Havanın temperaturu Abşeron yarımadasında gecə 1-4°, gündüz 7-10° isti, Bakıda gecə 2-4°, gündüz 8-10° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək - 771 millimetr civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 60-70 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 6-11° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.
Azvision.az