Koronavirusdan ölənlərin sayı 40 nəfəri keçib

  25 Yanvar 2020    Oxunub : 1663
 Koronavirusdan ölənlərin sayı 40 nəfəri keçib
Çində aşkarlanan yeni növ koronavirusa yoluxanların sayı dünya üzrə 1316 nəfərə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə Çin Dövlət Səhiyyə Komissiyası məlumat yayıb. Bildirilib ki, Çində virusa yoluxanların sayı 1297 nəfərə, ölənlərin sayı isə 41-ə yüksəlib.

Avstraliya, Fransa və Nepalda koronavirusun yeni növünə yoluxma faktları qeydə alınıb. Bundan əvvəl isə Tailand, Cənubi Koreya, Yaponiya, Vyetnam, Sinqapur, ABŞ-da da virusa yoluxma halları aşkar edilib.

Azvision.az

Teqlər: Çin   Koronavirus