Azərbaycanın Türkiyədəki səfirliyində zəlzələyə görə ”qaynar xətt” yaradıldı

  Azərbaycanın Türkiyədəki səfirliyində zəlzələyə görə ”qaynar xətt” yaradıldı
  24 Yanvar 2020    Oxunub:421
Azərbaycanın Türkiyədəki səfirliyində Elazığ vilayətində Rixter cədvəli üzrə 6,8 bal gücündə baş vermiş zəlzələ ilə bağlı “qaynar xətt” yaradılıb.
Azvision.az xəbər verir ki, bu barədə səfirlik məlumat yayıb. Bildirilib ki, “qaynar xətt” zəlzələnin nəticələri tam şəkildə aydınlaşana qədər fəaliyyət göstərəcək.

Qeyd edək ki, bu gün axşam saatlarında Türkiyənin Elazığ vilayətinin Sivrice rayonunda Rixter cədvəli üzrə 6,8 bal gücündə zəlzələ olub. Zəlzələ nəticəsində 4 nəfər ölüb, bir neçə sakin yaralanıb. Təbii fəlakət zamanı dağılan və zərər dəymiş tikintilər aşkar edilib.

Azvision.az



Teqlər:





Xəbər lenti