Bakıda daha üç marşrut xətti kart sisteminə keçir

  24 Yanvar 2020    Oxunub : 1628
Bakıda daha üç marşrut xətti kart sisteminə keçir
Bakıda daha üç müntəzəm marşrut xətti üzrə avtobuslarda gediş haqqının nağdsız - vahid kart sistemi ilə ödənilməsi mümkün olacaq.
Azvision.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin rəsmi nümayəndəsi Vüqar Məmmədzadə bildirib.

Onun sözlərinə görə, yaxın günlərdə 67 (Nərimanov-Biləcəri istiqaməti), 77 (İçəri Şəhər - Yeni Yasamal istiqaməti) və 26 (Keşlə-Azadlıq Prospekti istiqaməti) saylı maşrut avtobuslarında kart sistemi tətbiq olunacaq.

Hazırda Bakı şəhəri üzrə 30 müntəzəm marşrut avtobusları kart sisteminə keçib.

Azvision.az

Teqlər: BNA