BNA-dan sürücü və sərnişinlərə müraciət

  24 Yanvar 2020    Oxunub : 1806
 BNA-dan sürücü və sərnişinlərə müraciət
Bakı Nəqliyyat Agentliyi (BNA) hazırda müşahidə olunan hava şəraiti ilə əlaqədar bütün hərəkət iştirakçılarına ehtiyatlı olmağı tövsiyə edib.
Agentlikdən Azvision.az -a verilən məlumata görə, qurum sərnişinlərdən avtobus dayanacaq pavilyonlarında gözləyərkən diqqətli olmağı xahiş edib: “Sərnişinlər dayanacaq məntəqəsinin ərazisindən kənarda avtobusa minib-düşməsinlər. Həmçinin, Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində eyni qaydalara riayət edilməlidir. Sürücülərə tövsiyə edirik ki, hərəkətdə olan zaman yollarda müəyyən edilən sürət həddinə və yol nişanlarının tələblərinə əməl etsinlər”.

Hava şəraiti ilə əlaqədar paytaxt yollarına və ictimai nəqliyyat infrastrukturlarına nəzarət gücləndirilib: “Hər hansı bir narahatlıq olduğu zaman Bakı Nəqliyyat Agentliyinin 141 Çağrı Mərkəzinə zəng etmənizi xahiş edirik”.

Azvision.az

Teqlər: BNA