Honkonqda daha 119 nəfər koronovirusa yoluxub

  24 Yanvar 2020    Oxunub : 1538
Honkonqda daha 119 nəfər koronovirusa yoluxub
Honkonqda daha 119 nəfər Çinin Hubey əyalətinin Uhan şəhərində yayılan koronovirusun indiyədək aşkar edilməmiş növünə yoluxub və onlar karantinə götürülüb.
Azvision.az xəbər verir ki, bu barədə “South China Morning Post” səhiyyə xidmətlərinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, təkcə ötən gün ərzində 66 belə hal qeydə alınıb və xəstəxanalardan çıxarılan pasiyentlərin ümumi sayı 236-ya çatıb.

Azvision.az

Teqlər: Virus