Sosial şəbəklərdə yayılan videoya görə 2 nəfər cəzalandırılıb

 Sosial şəbəklərdə yayılan videoya görə 2 nəfər cəzalandırılıb
  24 Yanvar 2020    Oxunub:3694
Gəncə Şəhər 2 saylı Körpələr Evindən sosial şəbəkələrdə və KİV-də yayımlanan videogörüntü ilə bağlı açıqlama verilib.
Azvision.az -a daxil olan məlumatda bildirilib ki, müzakirələrə səbəb olan görüntülər 2019-cü ilin oktyabr-noyabr aylarında qeydə alınıb.

“Bununla bağlı artıq xüsusi komissiya yarıdılıb. Araşdırmalar aparılıb, körpələrin bir-birinə bağlanması öz təsdiqini tapmasa da, uşaqların bezlərinin düşməməsi üçün bellərinə uzun corablar bağlanması aşkar olunub. Bunu edən 2 orta tibb işçisi ciddi cəzalandırılıb.

Videogörüntülərdə uşaq evinin təmirsiz və səliqəsiz olmasına münasibət bildirərək qeyd edək ki, uşaq evində bu məsələ ilə bağlı ciddi problem yoxdur. Müəssisədə xırda təmir-bərpa işləri aparılıb, körpələr evi isti su ilə, kombi sistemi və müasir istilik sistemi ilə təmin olunub. Müəssisədə paltaryuyan maşınlar, tozsoranlar var və təmizlik məsələsinə tamamilə riayət edilir”.

Məlumat üçün bildirilib ki, uşaq evində valideynləri tərəfindən atılan üç yaşa qədər olan azyaşlılar saxlanılır.

Qeyd edək ki, bir neçə gün əvvəl Gəncədə 2 saylı Körpələr Evi ilə bağlı xoşagəlməz məlumatlar yayılıb. İddia edilib ki, sözügedən uşaq evində körpələri bir-birinə iplə bağlayırlar. Bunda səbəb isə uşaq bezləri dolanda balacaların onları çıxarmağa cəhd etməsi və ətrafı bulaşdırmasıdır.

Aytən Zəhra
Azvision.az


Teqlər: Gəncə   Video  





Xəbər lenti