“Hakimiyyətin əsas vəzifəsi məndən qurtulmaqdır” - Tovmasyan

  24 Yanvar 2020    Oxunub : 1445
“Hakimiyyətin əsas vəzifəsi məndən qurtulmaqdır” - Tovmasyan
“Məni iki-üç dəfə dindirməyə çağırıblar, bu gün evimdə axtarış aparılıb. Hakimiyyətin istəyi ən qısa müddətdə Konstitusiya Məhkəməsinin sədri kimi məndən qurtulmaqdır”.
Azvision.az erməni mətbuatına istinadən xəbər verir ki, bunu Konstitusiya Məhkəməsinin sədri Hrayr Tovmasyan deyib.

"Sizi inandırıram ki, bu hərəkətlər davam edəcək və yeni cinayət hadisələri üçün əsas tapacaqlar. Bu günlər Ermənistanda baş verənlər, Konstitusiya Məhkəməsi ətrafında yaşanan problemlər mövcud hakimiyyətin əsas vəzifəsinin məndən qurtulmaq olduğunu sübut edir. Bütün bunlar çox kobud, açıq şəkildə edilir və bütün ictimaiyyət, beynəlxalq aləm bunu görür”, - deyə Tovmasyan bildirib.

O, jurnalistlərin ətrafında cərəyan edən proseslərin yalnız 10 faizini gördüklərini vurğulayıb: “Milli təhlükəsizlik Xidmətinin sabiq direktoru bütün bunları görürdü və onun zabit şərəfi səssiz qalmasına imkan vermədi. Baş verənlər siyasi mahiyyət daşıyır və bunlar ölkənin maraqlarına ziddir".

Telefon danışıqlarına qulaq asılmasına gəlincə, Tovmasyan deyib: “Qoy, qulaq assınlar. Dostlarıma dəfələrlə demişəm ki, danışanda və yazanda dinlənildiklərinə uyğun hərəkət etsinlər. Heç bir qərar gözləməyin, həyatımın rejimi dəyişməyib, telefon nömrələrim eynidir, özüm də rahat yaşayıram”.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Tovmasyan