Xadimə işlədiyi evdən 5 minlik qızıl oğurlayıb

Xadimə işlədiyi evdən 5 minlik qızıl oğurlayıb
  24 Yanvar 2020    Oxunub:2712
Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə yanvarın rayon ərazisindəki mənzillərin birindən 22-də saat 10-dan 23-dək olan müddətdə 5000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən, həmin evdə xadimə işləyən Bakı şəhər sakini S.Dadaşova saxlanılıb və o, bu cinayət əməlini törtəməsini etiraf edib.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti