Dövlət Agentliyi Davos Forumunda təmsil olunub - FOTOLAR
Dövlət Agentliyinin nümayəndə heyəti “Dünyanın rifahı naminə innovasiyaların inteqrasiyası” mövzusunda 2-ci illik Ekosistem Toplantısına qatılıb. Forum çərçivəsində keçirilən görüşlərdə “ASAN xidmət”, “myGov”, “ASAN Viza”, “e-satınalma”, “e-agro”, “INNOLAND” və digər layihələr təqdim olunub. Həmçinin müasir texnologiyaların tətbiqi, innovasiyalar və startaplara dəstək sahəsində təcrübə mübadiləsi, investisiyaların cəlb edilməsi, Azərbaycanın qeyd olunan layihələrinin digər ölkələrdə tətbiqi ilə bağlı əməkdaşlıq imkanları müzakirə edilib.
Eyni zamanda Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün Azərbaycanın rəqəmsal hökumət sahəsində gördüyü işlər, dövlət xidmətlərinin vətəndaşlara çatdırılmasında süni intellektin və digər innovativ həllərin tətbiqi haqqında da Forum iştirakçılarına məlumat verilib. Artıq 50 ildir ənənəvi olaraq İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunun bu ilki illik toplantısı yubiley toplantısı olaraq yadda qalıb.
Azvision.az
Teqlər: ASANViza ASANxidmət