Xırdalanda iki məktəblini maşın vurub
“Mercedes” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarında gedən Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdləri olan iki qızı vurub. Nəticədə məktəblilər ağır xəsarətlər alıblar. Yaralılar xəstəxanaya çatdırılıb. Xəsarət alanlardan biri – Fidan adlı şagird komaya düşüb.
Hadisənin başvermə anı yaxınlıqdakı müşahidə kamerasına düşüb. Faktla bağlı araşdırma aparılır.
Azvision.az
Teqlər: Maşın Şagird Qəza Hadisə Xırdalan