İçkili vəziyyətdə dava salan nazir istefa verdi

  23 Yanvar 2020    Oxunub : 2714
   İçkili vəziyyətdə dava salan nazir istefa verdi
Slovakiyanın Ekologiya naziri Laslo Solimos tutduğu vəzifədən istefa verib.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, 51 yaşlı dövlət məmuru Bratislavadakı restoranlardan birində içkili vəziyyətdə dava salmasına görə belə addım atıb.

Qeyd edək ki, dava zamanı nazir restoranın işçilərinə hücum edərək onlardan birinə xəsarət yetirib. Məsələ ictimailəşdikdən sonra Baş Nazir Peter Pelleqrini Solimosu qəbul edib və hadisə ilə əlaqdar vətəndaşlardan üzr istəməsini tələb edib.

Azvision.az

Teqlər: Nazir   İstefa   Dava