II Yelizaveta “Brexit” sazişini təsdiqlədi

   II Yelizaveta “Brexit” sazişini təsdiqlədi
  23 Yanvar 2020    Oxunub:4115
Böyük Britaniya kraliçası II Yelizaveta “Brexit” sazişini təsdiqləyib.

Azvision.az xəbər verir ki, bununla da Britaniyanın 31 yanvar tarixində Avropa İttifaqını (Aİ) tərk etməsi üçün bütün maneələr aradan qalxıb.
Bundan sonra sazişin Aİ tərəfindən rəsmiləşdirilməsi üçün daha bir neçə proses həyata keçirilməlidir.

Xatırladaq ki, 2016-cı ildə Böyük Britaniyanın Avropa İttifaqından çıxmasını nəzərdə tutan "Brexit" prosesi ilə bağlı referendum keçirilib.

Azvision.az


Teqlər: Brexit   Britaniya  





Xəbər lenti