Vilayət Eyvazovdan yeni təyinat

   Vilayət Eyvazovdan yeni təyinat
  23 Yanvar 2020    Oxunub:3320
Baş Narkotiklərlə Mübarizə İdarəsinin cənub regional şöbəsinə yeni rəis təyin edilib.
Azvision.az xəbər verir ki, bu barədə Daxili İşlər naziri Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin Xaçmaz xətt polis şöbəsinin rəisi, polis polkovnik-leytenantı Həmid Həmidov tutduğu vəzifədən azad edilərək Baş Narkotiklərlə Mübarizə İdarəsinin cənub regional şöbəsinin rəisi vəzifəsinə təyin olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə faktı təsdiqləyiblər.

Azvision.az



Teqlər: DİN   Təyinat  





Xəbər lenti