Şirvanda narkotik satan şəxs saxlanılıb

  23 Yanvar 2020    Oxunub : 1074
Şirvanda narkotik satan şəxs saxlanılıb
Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində əməliyyat tədbiri həyata keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan Regional qrupundan Azvision.az -a verilən məlumata görə, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Şirvan şəhər sakini Aftandil Məmmədov polis əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə gətirilib. A.Məmmədovun üzərində şəxsi axtarış keçirilən zaman 1 ədəd bükümdə ümumi çəki 80,184 qram psixotrop maddə metanfetamin və 1 ədəd bükümdə ümumi çəkisi 104,718 qram olan heroin aşkar edilərək götürülüb.

Əməliyyat tədbirinin davamı olaraq A.Məmmədovun yaşadığı mənzilə baxış keçirilən zaman oradan ümumi çəkisi 3,960 qram narkotik vasitə hesab olunan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq gedir.

Azvision.az

Teqlər: Şirvan