Radikallığı təbliğ edən 216 kitab ölkəyə buraxılmayıb
Onun sözlərinə görə, ölkədə nəşr olunmaq məqsədilə təqdim edilən 239 adda dini ədəbiyyata baxılaraq, onlardan 14-nün çapı məqsədəuyğun sayılmayıb, 799 adda (648247 ədəd) dini təyinatlı ədəbiyyata yapışdırılması üçün nəzarət markaları verilib. Hüquq-mühafizə orqanları tərəfindən müsadirə olunaraq Dövlət Komitəsinə göndərilmiş 721 adda dini təyinatlı ədəbiyyata və məmulat materiallarına baxılaraq, onlardan 95-nin zərərli, yaxud müvafiq razılıq alınmadan idxal və istehsal edildiyi müəyyən edilib.
Şöbə müdiri dini maarifləndirmə istiqamətində aparılan tədbirlərə də diqqət çəkərək bildirib ki, 2019-cu ildə Dövlət Komitəsi tərəfindən ölkədəki dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimlənməsi, eyni zamanda, Azərbaycan vətəndaşlarının, xüsusilə gənclərin zərərli dini cərəyanların təsiri altına düşməsinin, din adı altında milli və dövlət maraqlarımıza zidd ideoloji təlimlərin yayılmasının qarşısının alınması məqsədilə ayrıca və digər qurumlarla birgə tədbirlər həyata keçirilib.
Qurumlarla əməkdaşlıq çərçivəsində Azərbaycan Respublikasının Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti ilə 12, Müdafiə Nazirliyi ilə 18, Daxili İşlər Nazirliyinin Daxili Qoşunları ilə 7, Dövlət Sərhəd Xidməti ilə 6, Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə 25, Təhsil Nazirliyi ilə 200-ə yaxın, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili ilə 68 tədbir təşkil olunub.
Azvision.az