Pensiyalar dörd günə veriləcək

Pensiyalar dörd günə veriləcək
  14 Mart 2013    Oxunub:1143
Pensionerlərə şad xəbər
Novruz bayramı ilə əlaqədar, Azərbaycanda martın 18-dək bütün təqaüdçülər pensiyalarını alacaqlar.

Bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov bildirib.

Onun sözlərinə görə, indi ölkənin bir sıra rayonlarında pensiyalar sahiblərinə çatdırılıb.
Belə ki, Bakı, Sumqayıt şəhərində, Abşeron rayonunda, Naxçıvan Muxtar respublikasında, ümumiyyətlə, qaçqın və məcburi köçkünlərin yaşadığı rayonlara pensiyalar köçürülüb.

Onun sözlərinə görə, hazırda fondun hesabında 70 milyon manatdan çox vəsait qalıb və bu, digər rayonlara köçürüləcək.


Teqlər:





Xəbər lenti