“Azərsu” kanalizasiya qapaqları ilə bağlı polisə müraciət etdi

“Azərsu” kanalizasiya qapaqları ilə bağlı polisə müraciət etdi
  23 Yanvar 2020    Oxunub:2695
“Azərsu” ASC-nin balansında olan kanalizasiya quyularının qapaqlarının və yağış barmaqlıqlarının oğurlanması halları hələ də müşahidə olunur. Belə hallara daha çox Bakı şəhəri və ətraf qəsəbələrdə rast gəlinir.
ASC-dən Azvision.az -a verilən məlumata görə, kanalizasiya qapaqları və barmaqlıqlar ayrı-ayrı şəxslər tərəfindən oğurlanaraq metal qəbulu məntəqələrinə təhvil verilir.

"Bəzi insanların asan yolla qazanc əldə etmək üçün törətdiyi bu əməllər “Azərsu” ASC-ni əlavə xərclərlə üzləşdirməklə yanaşı, kanalizasiya infrastrukturlarının istismarını çətinləşdirir. Kanalizasiya quyularının açıq qalması xüsusilə gecə saatlarında sürücülər və piyadalar üçün ciddi təhlükə yaradır.

Kanalizasiya qapaqları və yağış barmaqlıqlarının oğurlanması hallarının araşdırılması və qarşısının alınması məqsədilə “Azərsu” ASC-nin yerli sukanal idarələri tərəfindən hüquq-mühafizə orqanlarına və digər aidiyyatı təşkilatlara müraciətlər olunub. Metal qəbulu ilə məşğul olan sahibkarlara tövsiyə olunur ki, kanalizasiya qapaqları və yağış barmaqlıqlarını qəbul etməsinlər".


Azvision.az


Teqlər: Azərsu  





Xəbər lenti