Əsir və girovların yaxınlarının qarşılıqlı səfəri baş tuta bilər

Əsir və girovların yaxınlarının qarşılıqlı səfəri baş tuta bilər
  23 Yanvar 2020    Oxunub:2117
Ermənistanda, Azərbaycanda və Qarabağda (Azərbaycanın işğal edilmiş ərazisi-red) saxlanılan şəxslərin yaxınlarının qarşılıqlı səfərlərinin təşkili məsələsi gündəliyə daxil edilib.
Azvision.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan bildirib. Onun sözlərinə görə, hazırda bu məsələ gündəmdədir:

“Ümid edirəm ki, belə humanitar addımın təşkili üçün lazımi formatı tapacağıq. Bu, sırf humanitar addımdır, humanitar təşəbbüsdür. Ona görə də bu addımın etimad tədbirlərinin qurulmasında mühüm rol oynayacağına inanırıq”.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan  





Xəbər lenti