MSK: 1447 nəfərin namizədliyi qeydə alınıb

  23 Yanvar 2020    Oxunub : 2197
 MSK: 1447 nəfərin namizədliyi qeydə alınıb
2020-ci ilin fevralın 9-a təyin edilmiş Milli Məclisə seçkilərlə əlaqədar qeydə alınan namizədlərin sayı açıqlanıb.
Azvision.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov məlumat verib. Onun sözlərinə görə, indiyədək 1447 nəfərin namizədliyi qeydə alınıb.

Xatırladaq ki, Milli Məclisə keçiriləcək seçkilərdə iştirak etmək üçün 2431 nəfər müraciət edib.

Elvin Abdulqədirov
Azvision.az

Teqlər: MSK   Seçki   Parlament   Deputat