Evdən oğurluq edən yeniyetmə saxlanılıb

Evdən oğurluq edən yeniyetmə saxlanılıb
  23 Yanvar 2020    Oxunub:2463
Samuxda mənzildən oğurluq edilib.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 21-də rayon ərazisindəki evlərin birindən 1000 manat oğurlamaqda şübhəli bilinən Çobanabdallı kənd sakini olan bir yeniyetmə saxlanılıb.

Araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti