Bakıda insanlara bıçaqla hücum edilməsi xəbəri yalan çıxdı

  23 Yanvar 2020    Oxunub : 1599
 Bakıda insanlara bıçaqla hücum edilməsi xəbəri yalan çıxdı
Bakı şəhər Baş Polis İdarəsi paytaxtda restorandan çıxan şəxsin ətrafdakı insanlara bıçaqla hücum etməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev Azvision.az a açıqlamasında deyib, yayılan məlumatlar əsassızdır:

"Tərəflər arasında yaranan mübahisə Əhməd Rəcəbli küçəsində avtomobil yolunda sürücülərin bir-birinə yol verməməsi üstündə baş verib. Bıçaqla hücüm edilməsi faktı təsdiqini tapmayıb. Fakt üzrə Nərimanov Rayon Polis İdarəsinin təhqiqat şöbəsində araşdırma aparılır. Araşdırmanının nəticəsindən asılı olaraq, əmələ hüquqi qiymət veriləcək".

E.Hacıyev jurnalistlərə tövsiyə edib ki, bu və ya digər halda polisin fəaiyyət sahəsinə dair məlumatları dərc etməzdən əvvəl informasiyanın düzgünlüyünü dəqiqləşdirsinlər: "Jurnalistlərin sualları 24 saat ərzində hər hansı bir məhdudiyyət yaradılmadan tərəfimizdən cavablandırılır".

Azvision.az

Teqlər: ElşadHacıyev