Piadanı vuran sürücü avtomobili dirəyə çırpdı

  23 Yanvar 2020    Oxunub : 1539
Piadanı vuran sürücü avtomobili dirəyə çırpdı
Yanvarın 22-də saat 7 radələrində Sumqayıt şəhərinin Sülh küçəsində şəhər sakini E.Hüseynov idarə etdiyi “Mercedes” markalı mikroavtobusla yolu keçən həmyerlisi Tural Məmmədovu vurduqdan sonra idarəetməni itirdiyindən nəqliyyat vasitəsi yolun kənarındakı elektrik dirəyinə dəyib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb, sürücü və sərnişininə xəstəxanada ilkin tibbi yardım göstərilib.

Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.

Azvision.az

Teqlər: DİN